Azərbaycanda qeyri-rezidentlərin bank əmanətləri 47% artıb | Banco.az

Azərbaycanda qeyri-rezidentlərin bank əmanətləri 47% artıb

Bu ilin martın 1-nə qeyri-rezidentlərin Azərbaycandakı kommersiya banklarında olan əmanətlərinin həcmi 621,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparlğılan hesablamalara görə, bu kateqoriyadan olan şəxslərin əmanətlərinin həcmində fevralın 1-i ilə müqayisədə 46,9% artım qeydə alınıb.

Beləliklə, qeyri-rezidentlərin banklarda əmanətlərinin həcmində 2019-cu ilin 1 noyabr tarixindən etibarən maksimum göstərici qeydə alınıb.

Əmanətlərin 125,4 mln. manatı və ya 20,2%-i milli valyutada, 495,9 mln. manatı və ya 79,8%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, qeyri-rezidentlərin fiziki şəxslərin kommersiya banklarındakı cəmi əmanətlərində xüsusi çəkisi aylıq ifadədə 2,3 faiz bəndi artaraq martın 1-nə 7,2% təşkil edib.

APA