Marketinq, satış və müştəri təcrübəsinin öyrənilməsi üzrə Kiçik Marketinq mütəxəssisi
PAŞA Bank öz Kiçik və Orta Sahibkarlıq Bankçılığı Departamentinə Marketinq, satış və müştəri təcrübəsinin öyrənilməsi üzrə Kiçik Marketinq mütəxəssisi axtarışındadır.
Vəzifə Öhdəlikləri:
• Rəqəmsal məhsulların inkişafı üzrə Bazar araşdırması (müştərilərin ehtiyacları, məmnuniyyəti, məhsul xüsusiyyətləri öyrənilməsi)
• Satış kanalları (əsasən rəqəmsal), rəqabət üstünlüyü, yeni müştərilərin ehtiyaclarını / seqmentlərini müəyyənləşdirmək. Müştəri tələblərini Məhsulun idarəetməsi ilə anlaması, müştəri ilə fokus qrupları daxil olmaqla bir başa əlaqə.
• Məhsulun dizaynının hazırlanması, rəqabətqabiliyətliliyinin və bazar üçün aktuallığının təhlili üzrə Rəqəmsal Müştəri Yolu komandasına dəstəkləmək
Öhdəliklər
• Potensial müştərilərin seqmentləri arasında rəqəmsal marketinq və digər satış kanallarının inkişaf etdirilməsi.
• Yeni müştəri seqmentlərinin / məhsul imkanlarının axtarışı. Müntəzəm tədqiqatların aparılması, rəqiblərin landşaftını və biznesin imkanlarını düzgün qiymətləndirmək üçün müştərilər və rəqiblərin təhlilini aparmaq və onlarla komunikasiya qurmaq.
• Müştərilərin potensial istəkləri/tələblərinin öyrənilməsi üçün onlarla müntəzəm görüşlərin keçirilməsi.
• İdeal müştəri profilinin müəyyən edilməsi və bütün əlaqə nöqtələrində müştəri təcrübəsindəki boşluqları müəyyən etmək “müştəri yolu” xəritəsinin yaradılması
• Keyfiyyətli tədqiqatların metodologiyasının anlaması: etnoqrafik, müsahibələr, erqonometrikliyin yoxlanılması (praktiki olaraq keyfiyyətin yoxlanılması tədqiqatları)
• Nəticələrin yüksəlməsi üçün rəqəmsal kampaniyaların optimizasiyası, SEO Optimizasiyası, keyfiyyətli əlaqə nöqtələrini yaratmaq və ən yaxşı təcrübələrə əsaslanaraq ümumi müştəri təcrübəsini yüksəltmək.
• Kampaniyanın inkişaf etdirilməsi - ödənişli rəqəmsal kampaniyalarının effektiv planlaşdırılması, icrası və optimallaşdırılması.
• Daxili və xarici aqentləri brif ilə təmin etmək və kreativ inkişaf üzrə proseslərin aparılması.
• Menecment üçün təqdimatlar və hesabatların hazırlanıb təqdim olunması
Tələb edilən bilik, bacarıq və təcrübə:
• Təhsil: Marketinq, Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Yüksək səviyyədə analitik və komunikasiya bacarıqları
• Kompüter bilikləri: Microsoft Office, Ads manager, Google analytics və digər Digital reklam alətləri ilə iş
• Biznes bankçılıq (satış, məhsul idarəetmə) sahəsində təcrübə - üstünlük verilir.
• Məlumat əldə etmə bacarığı - üstünlük verilir.
• Dil bacarıqları: Azərbaycan dili – əla, İngilis / Rus dili (orta)
• Bazar biliyi: Tələb olunur.
• Məlumatların idarə edilməsi və analitika
• Digər: Güclü ünsiyyət və konflikti həll etmək bacarığı, analitik təhlil, innovativ düşünmə qabiliyyəti və özünü inkişafı təbliğ etmək bacarığı.
Vəzifə tələblərinə cavab verən namizədlərdən müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.