Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 27 mart tarixli qərarında yer alıb.
Qərarda bildirilir ki, 29 mart saat 00:00-dan etibarən bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın, evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
APA