Ölkəmizdə tikinti texnikaları və təkər satışı üzrə aparıcı şirkətlərdən biri olan "Intermak Group" MMC ölkə başçısının koronavirusla mübarizəyə dəstək çağırışına qoşuldu.
Şirkət, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 5 000 manat vəsait köçürdü.