Azərbaycanın neft ixracından gəliri 5% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın neft ixracından gəliri 5% artıb

Bu ilin iki ayı ərzində gömrük bəyannamələrinə əsasən, 5,679 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, bu həcmdə məhsulun dəyəri 2,727 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin iki ayında ixrac olunan məhsulun dəyəri ötən ilin müvafiq dövründən 4,7% çox, həcmi isə 1,78% az olub.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında xam neftin payı 83,93% təşkil edib.

Report