ABŞ-ın 8 ən böyük bankı səhm satınalmalarını dayandırdı | Banco.az

ABŞ-ın 8 ən böyük bankı səhm satınalmalarını dayandırdı

ABŞ-ın 8 ən böyük bankı bu ilin I-II rüblərində səhm satınalmalarını müvəqqəti dayandırıb.

Maliyyə Xidmətləri Forumunun məlumatına görə, bu qərar koronavirusun (COVİD 19) qlobal iqtisadiyyata yaratdığı bənzəri görünməmiş problemlərə görə qəbul olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, səhm satınalmalarını müvəqqəti dayandırmağa qərar verən banklar sırasında “Bank of America”, “New York Mellon”, “Citigroup”, “Goldman Sachs”, “JP Morgan Chase”, “Morgan Stanley”, “State Street” və “Wells Fargo” da var.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et