Bu şirkətlər koronavirusa qarşı müalicə üçün 125 milyon dollar maliyyə vəsaiti ayırdı | Banco.az

Bu şirkətlər koronavirusa qarşı müalicə üçün 125 milyon dollar maliyyə vəsaiti ayırdı

COVID-19 Therapeutics  Accelerator proqramı araşdırma və inkişaf səylərini əlaqələndirəcək, dərman inkişafında maneələri aradan qaldıracaq və epidemiya ilə mübarizə aparacaq

Bill&Melinda Gates Foundation, Wellcome və Mastercard müalicə tədbirlərini müəyyənləşdirmək, qiymətləndirmək, inkişaf etdirmək və genişləndirmək yolu ilə COVID-19 epidemiyasına cavab tədbirlərini sürətləndirmək üçün 125 milyon dollara qədər ilkin maliyyə vəsaiti ayırıblar.

COVID-19 Therapeutics Accelerator yeni və yenilənmiş dərmanların və bioloji vasitələrin hazırlanmasını sürətləndirmək və onları qiymətləndirməklə ən qısa müddətdə COVID-19 yoluxmuş xəstələrin, uzun müddətdə isə digər virus patogenlərinin müalicəsində katalizator rolu oynayacaq.

Hazırda, ortaya çıxan patogenlərlə mübarizə üçün geniş spektrli antiviral dərmanlar və ya immunoterapiyalar mövcud deyil və onların heç biri COVID-19 istifadəsi üçün təsdiqlənməyib.

Gates Foundation və Wellcome hər biri təşəbbüsə 50 milyon dollara qədər vəsait ayırır, Impact Mastercard Fondu isə sürətləndiricinin ilkin işininin təşkili üçün 25 milyon dollara qədər öhdəlik götürüb. Gates Foundation tərəfindən təqdim olunan maliyyələ onun keçən ay COVID-19-a qarşı cavab tədbirlərinə dəstək üçün elan etdiyi 100 milyon dollarlıq öhdəliyinin bir hissəsidir.

"COVID-19 kimi viruslar sürətlə yayılır, lakin onların qarşısını almaq üçün peyvəndlərin və müalicələrin inkişafı ləng gedir”–bunu  Bill & Melinda Gates Foundation-nun  baş icraçı direktoru Mark Suzman deyib.

"Dünyanı, xüsusən ən həssas sakinləri COVID-19 kimi xəstəliklərdən azad etmək istəyiriksə, araşdırma və inkişafın daha sürətli həyata keçirilməsi üçün bir yol tapmalıyıq. Bunun üçün hökumətlər, özəl müəssisələr və xeyriyyəçi təşkilatlar layihələri maliyyələşdirmək üçün tez bir zamanda hərəkətə keçməlidirlər”, – deyə o əlavə edib.

COVID-19 Therapeutics Accelerator maliyyələşdirənlər tərəfindən müştərək fəaliyyət göstərəcək.  COVID-19 Therapeutics Accelerator məhsulun klinik qiymətləndirməsi, istifadəsi və istehsala gedən yolu asanlaşdırmaq üçün inkişaf dövrünün bir neçə aspektini izləyəcək.

Namizəd komponentləri müəyyənləşdirmək üçün COVID-19 Therapeutics Accelerator üç istiqamətli yanaşma tətbiq edəcək: COVID-19-a qarşı fəaliyyət üçün təsdiqlənmiş dərmanların sınanması, təsdiqlənmiş təhlükəsizlik məlumatları ilə minlərlə komponentin yoxlanılması və yeni tədqiqat komponentlərinin və monoklonal immunoqlobinlərin nəzərdən keçirilməsi. İlkin müayinədən keçən dərmanlar və ya monoklonal immunoqlobinlər daha sonra  sənaye tərəfdaşı tərəfindən hazırlanacaq. Mürəkkəb komponent və kliniki məlumatları  cəlb edərək və uğurlu dərmanların və immunoqlobinlərin çoxaldılması üçün tələb olunan kommersiyalaşdırma və digər təcrübələri əlavə edərək, biotexnologiya və əczaçılıq sənayeləri vacib tərəfdaşlar olacaqlar. Xəstələrə effektiv müalicənin çatdırılmasının sürətləndirilmiş yolu, mövcud tənzimləmə və ya mövcud klinik məlumatlara sahib namizəd dərmanlar üçün təxminən bir ildir. Mövcud klinik məlumatları məhdud olan birləşmələr üçün isə  vaxt qrafiki daha uzun ola bilər.

“Mastercard” şirkətinin  direktor müavini Mayk Froman bildirib ki, inkluziv inkişafa dair öhdəliyimizin davam etdirilməsi baxımından COVID-19 ilə mübarizə üçün bu vacib səyə qoşulmaq olduqca əhəmiyyətlidir: Bu qlobal problem nəinki bütün dünyada əhalinin sağlamlığı və təhlükəsizliyi üçün bir risk yaradır, eyni zamanda, dünyada milyonlarla insanın, müəssisələrin və təşkilatların iqtisadi fəalliğina potensial ziyan vurur. Təcrübəmiz bizə masaya yalnız kapitallarını deyil, həm də bir-birini tamamlayan aktivlər və bacarıqlarını da qoyan tərəfdaşlar şəbəkəsinin qurulmasının vacibliyini göstərir. İnkluziv inkişafın qayğısına qalan digər tərəfdaşlarında  bu səyə qoşulmağını alqışlayırıq".

Ted.az