Avro və Funt yenidən ucuzlaşa bilərlər | Banco.az

Avro və Funt yenidən ucuzlaşa bilərlər

FED-in sürpriz faiz azaltması qərarı, Avro və Funtun da ucuzlaşmalarına səbəb ola bilər.

Beynəlxalq valyuta birjalarında Amerika Mərkəzi Bankının vaxtından əvvəl faiz azaldılması qərarını verməsi, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına səbəb olmuşdur. 

Lakin cari faiz səviyyələri artıq son iki həftədir qiymətlərdə nəzərə alındığı üçün ucuzlaşma məhdud olub. 

Bununla yanaşı, FED-in bu addımından sonra Avropa və İngiltərə mərkəzi bankları da pul-kredit siyasətlərində oxşar addımlar ata bilərlər. Nəticədə dollara tələb yenidən artmaqla, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşmanın şahidi olmaq olar. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.