Amerikanın məşhur elektron ticarət portalı olan amazon.com koronavirusa görə, 1 milyon məhsulun satışını dayandırıb.
Şirkət bundan əlavə, məhsulların satış həcmi arasındakı kəskin bərabərsizliyi nəzərə alaraq portalda maskaların satışını da dayandırıb.
Şirkətin mediaya açıqlamasında isə bəzi məhsullar real qiymətlərindən daha yüksək məbləğə satıldıqları üçün portaldan silindiyi bildirilib.
Qeyd edək ki, istehlakçının inamını itirmək istəməyən Amazonun qiymət siyasətinə görə, eyni məhsulu müxtəlif şirkətlər fərqli qiymətlərlə sata bilərlər.
Ted.az