Foreks bazarlarında dolların bahalaşa biləcəyi ehtimalları yaranmaqla yanaşı, əlvan metallar birjalarında qızıl da təzyiq altında qalmaqdadır.
Foreks bazarlarında dollar bahalaşa bilər. Qızıl da təzyiq altında
Beynəlxalq birjalarında ümumilikdə son günlərlə müqayisədə qarışıq mənzərə yaransa da maliyyə alətləri üzrə qiymətlərin texniki səbəbləri ayrı-ayrılıqda aydın görünməkdədir.
Belə ki, son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində baş verən ucuzlaşma ilə bərabər, qızılın qiymətində də ucuzlaşma müşahidə edilirdi. Hazırda isə dolların qiymətində bahalaşma ehtimalları artsa da qızılda ucuzlaşmanın davam edəcəyi proqnozları gündəmdə qalmaqdadır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.