Ən çox istedadlı mütəxəssis və ixtisaslı kadrları cəlb edən dünya şəhərlərinin reytinqi açıqlanıb ("2020 Global Talent Competitiveness Index" – "2020 Qlobal İstedad Rəqabətliliyi İndeksi").
Siyahı hazırlanarkən 132 ölkənin 155 şəhəri təhlil edilib. Mütəxəssislər süni intellektin və rəqabət qabiliyyətinin inkişafına diqqət ayırıblar. Ümumiyyətlə, istedadlı mütəxəssislər üçün rəqabət və cəlbedicilik səviyyəsi 68 parametr üzrə qiymətləndirilib.
Qeyd edək ki, reytinqin məqsədi dünya şəhərlərinin istedadların inkişafına sərf etdiyi mənbələri və səyləri, eləcə də insan kapitalının keyfiyyətini qiymətləndirməkdir.
İstedadlı mütəxəssisləri cəlb edən dünyanın ən rəqabətli şəhərləri:
# |
Şəhər |
İndeks |
1 |
Nyu-York |
73,7 |
2 |
London |
71,7 |
3 |
Sinqapur |
71,4 |
4 |
San-Fransisko |
68,1 |
5 |
Boston |
66,8 |
6 |
Honkonq |
66,4 |
7 |
Paris |
65,7 |
8 |
Tokio |
65,7 |
9 |
Los-Anceles |
62,8 |
10 |
Münhen |
61,9 |
APA