SOCAR büdcəyə nə qədər ödəyib? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

SOCAR büdcəyə nə qədər ödəyib?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il ərzində dövlət büdcəsinə 1 milyard 620 milyon manat ödəyib.

SOCAR-ın verdiyi məlumata görə, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1% artıb.

2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib.

SOCAR, həmçinin, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 174 milyon manat vəsait ödəyib.

report.az