2020-ci ilin Yanvar ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2 milyard 851 milyon 118 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, idxal əməliyyatları 720 milyon 912 min dollar, ixrac əməliyyatları 2 milyard 130 milyon 205 min dollar təşkil edib.
Yanvarda saldo müsbət 1 milyard 409 milyon 292 min dollar olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin Yanvar ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 2 milyard 302 milyon 364 min dollar, o cümlədən idxal 1 milyard 22 milyon 719 min dollar, ixrac 1 milyard 279 milyon 644 min dollar, saldo müsbət 256 milyon 925 min dollar təşkil etmişdi.
marja