Türkiyə Mərkəzi Bankı faizi 0,50 bənd azaldaraq 11,25%-dən 10,75%-ə endirdi.
Faiz qərarından sonra Dollar/TL məzənnəsi 0,2% artaraq 6.0785 səviyyəsinə yüksəlib.
Mərkəzi Bankın bu iclasda yüksələn inflyasiyaya görə faiz endirməyəcəyini gözləyənlər xeyli idi.
Mərkəzi Bankın faiz qərarı ilə bağlı açıqlamasında bildirilir ki, iqtisadi fəaliyyətdə canlanma davam edir. İqtisadi fəaliyyətin artmasına baxmayaraq xarici tələbin yavaş olduğu vurğulanıb, inflyasiya göstəricilərinin "mülayim" qaldığı bildirilib.
marja