Həmkarlarla maraqlı vaxt keçirtmək üçün nə etmək lazımdır? | Banco.az

Həmkarlarla maraqlı vaxt keçirtmək üçün nə etmək lazımdır?

“Work.ua” teambuilding sirlərini açıqlayıb. Ofis xaricində yaxşı komanda qurmağın üstünlüklərinə diqqət yetirin.

Həmişə həmkarlarla söhbət edərkən yığışıb birlikdə bir yerə getməkdən danışırsınız, ancaq heç yerə getmirsiniz?  Mütləq kollektiv şəkildə asudə vaxtınızı keçirdə biləcəyiniz bir yerə gedin. Lakin məşğuliyyət seçərkən hər kəsin zövqünə uyğun olmasını da nəzərə alın.

Aktiv oyunlar

Paintball, lazer tag, bayraq ələ keçirtmə və sair oynamağa gedə bilərsiniz. Belə bir istirahət komanda əlaqələrini gücləndirməyə kömək edir. Menecersinizsə, bu, sizə komandada şəxsiyyətlərarası münasibətlərin necə irəlilədiyini izləməyə, kimlərin rəqabətə daha meylli olduğunu müşahidə etməyə və kollektivin dözümlülüyünü qiymətləndirməyə şans verəcəkdir.

Master-klass

İşinizlə əlaqəli olmayan (axı bu istirahətdir) təlimə gedin. Master-klass zamanı işçilər bir-birilərinin əzm və öyrənmə qabiliyyətlərini qiymətləndirmək imkanına sahib olurlar.

Bar və ya restoran

Ən sərfəli kredit üçün müraciət et

Əyləncə məkanına ortaq səfər həmkarların xasiyyətlərinə daha yaxşı bələd olmaq, onların hekayələrini dinləmək və özünüz haqqında bir şey danışmaq üçün bir fürsətdir. Barların və restoranların qeyri-rəsmi mühiti ünsiyyətə həvəsləndirir. Menecer isə öz növbəsində işçilərin sevinc və şənlik atmosferində necə davrandıqlarını öyrənmək imkanı əldə edir.

Kino, teatr, konsert

Əlbəttə ki, inkişafetdirici və intellektual filmlər daha məqsədəuyğun olardı, lakin “Vampirlər zombilərə qarşı” da pis seçim deyil. Maraqlı teatr tamaşasından sonra fəlsəfi fikirlərə qərq olmağa da üstünlük verə bilərsiniz.

İş yoldaşları ilə birlikdə zamanı dəyərləndirmək niyə vacibdir? Əylənib maraqlı vaxt keçirtməkdən savayı ümumi xatirələriniz yaranır və nahar fasilələrində, iş aralarında danışmağa yeni mövzunuz olur. Üstəlik, bu yolla həmkarlarınızın incəsənətə və, ümumiyyələ, dünyaya münasibətini öyrənirsiniz.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et