Çin 75 milyard ABŞ dolları dəyərindəki ABŞ məhsullarına tətbiq olunan gömrük tariflərini 50% endirəcək.
Qərar fevralın 14-dən qüvvəyə minəcək.
Məlumata görə, qərar əsasən aşağı gömrük tarifləri tətbiq olunan mallara şamil ediləcək. Belə ki, analoji mallarda gömrük tarifləri 10%-dən 5%-ə və 5%-lik gömrük tarifi tətbiq olunan mallarda isə 2,5%-ə endiriləcək.
Qeyd edək ki, Çin Tarif Şurası digər tətbiq olunan gömrük sanksiya tariflərinin qüvvədə qalacağını açıqlayıb.
Report