Xarici borcun azaldılması üçün 2,5 ay ərzində təkliflər hazırlanmalıdır | Banco.az

Xarici borcun azaldılması üçün 2,5 ay ərzində təkliflər hazırlanmalıdır

“Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Tədbirlər Planında Maliyyə və İqtisadiyyat nazirliklərinə maliyyə ektoru ilə bağlı bir neçə tədbirin icrası tapşırılıb və icra müddəti müəyyən olub.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, yuxarıda adları çəkilən qurumlar 2020-ci ilin aprel ayınadək xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) və xarici kreditlərin alınmasına zərurət yaranarsa qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflər təqdim etməlidirlər.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et