İnstaqramdakı şəxsi mesajları kompüterdən göndərmək mümkün olacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İnstaqramdakı şəxsi mesajları kompüterdən göndərmək mümkün olacaq

İnstaqramda şəxsi mesajların göndərilməsi ilə bağlı yenilik ediləcək. Platforma bu funksiyanı veb-interfeysə köçürmək qərarına gəlib.

Hələlik veb-versiyası üçün xüsusi mesajlar dünyanın məhdud sayda istifadəçisinə test rejimində xidmət edir. “Direct” bölməsi isə mobil tətbiqdə olduğu kimi işləyir.

Yenilikdən sonra istifadəçilər qrup söhbətlərini yarada və sevimli mesajlarını bəyənə biləcəklər. Bundan əlavə, şəkilləri kompüterdən yükləmək üçün funksiya da mövcuddur.

Əgər brauzerə icazə versəniz, bildirişlər iş masasına gələcək.

Ted.az