2019-cu il ərzində 12 minə yaxın domen qeydiyyatdan keçirilib | Banco.az

2019-cu il ərzində 12 minə yaxın domen qeydiyyatdan keçirilib

İlin əvvəlindən bu günədək Azərbaycanın milli domen zonasında 11 min 911 domen qeydiyyatdan keçirilib.

Bununla da milli domen zonasında qeydiyyatda olan saytların ümumilikdə sayı 34 min 68-ə çatıb.

Hazırda ".az" domenində qeydiyyatda olan saytların sayı 31 min 737-dir. Azərbaycanda ikinci ən çox müraciət olunan domen isə “.com.az”dır. Bu domendə 1318 sayt qeydiyyatdan keçirilib.

Qeyd edək ki, 2019-cu il ərzində ölkəmizin milli domen zonasında 9 min 557 domen ləğv edilib.

Ted.az