Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi 18% artıb | Banco.az

Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi 18% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, hazırda ölkədə 67 min POS-terminal mövcuddur.

"Nağdsız ödənişlərlə bağlı artıq 10 ildən artıqdır ki, maarifləndirmə tədbirləri görürük. Ölkəyə gələn turistlərin sayı artır ki, bu da sözügedən sahənin önəmini artırır", - deyə S. Ələkbərov bildirib.

APA