Azər Türk Bank
Kart əməliyyatlarına nəzarət üzrə Baş mütəxəssis
Vakansiya haqqında məlumat:
Daxili Nəzarət və Maliyyə Monitorinqi departamentinin Əməliyyatlara nəzarət şöbəsində kart əməliyyatlarına nəzarət üzrə Baş mütəxəssis
Namizədə olan tələblər
- Ali təhsil;
- Ödəniş kartları ilə iş üzrə minimum 2 illik iş təcrübəsi;
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi, Rus dili biliyi arzu olunandır;
- MS Office proqramları üzrə biliklər;
- SQL proqramlaşdırma dili üzrə biliklər;
- Visa və MasterCard ödəmə sistemləri üzrə sertifikatı olan namizədlərə üstünlük verilir;
- Analitik təhlil etmə qabiliyyəti;
Vəzifə öhdəlikləri
- Ödəniş kartları üzrə saxtakarlıq və risk monitorinq sisteminin qurulması,nəzarətin həyata keçirilməsi;
- Riskli əməliyyatların dayandırılması, riskli hesab edilən əməliyyatların eyniləşdirilməsi və nəzaratə götürülməsi, saxtakartlıq xarakteri daşıyan əməliyyatların beynəlxalq ödəniş sisteminə düzgün təqdim olunması və chargeback prosesinə nəzarətin həyata keçirilməsi;
- Ödəniş kartı məhsulları üzrə bank əməliyyat sistemində əks olunan məlumatların yoxlanılması;
- Ödəniş kartı əməliyyatlarına nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.
CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.