ABB
Kassir (Ağsu,Göyçay)
Vakansiya haqqında məlumat:
Azərbaycan Beynəlxalq Bankı aşağıda qeyd edilən regionlar üzrə Kassir vakansiyası elan edir:
Ağsu , Göyçay.
Vəzifə öhdəlikləri:
- Müştəriləri bankdaxili qaydalara uyğun olaraq qarşılamaq və onlara peşəkar xidmət göstərmək;
- Mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək, bu əməliyyatları Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız hesab edilən pul əskinaslarını qanunvericiliyə və bankdaxili qaydalara (mövcud olduqda) uyğun qəbul etmək, onları dəyişdirmək;
- Müştərilərin sorğu və müraciətlərini daxili prosedur və qaydalara uyğun, operativ şəkildə icra etmək;
- Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq, vaxtlı-vaxtında belə bilikləri yeniləmək;
- Ödəmə terminallarının inkasassiyasını həyata keçirmək.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsill;
- İş təcrübəsi tələb edilmir;
- Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti.
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 10 yanvar 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.Məktubun mövzu hissəsində vəzifə adının “Kassir (müraciət edilən region ) “ şəklində göstərilməsi xahiş edilir.