Kiçik və orta sahibkarlarla xidmət üzrə mütəxəssis
“ABB” ASC Xaçmaz filialına Kiçik və orta sahibkarlarla xidmət üzrə mütəxəssis vəzifəsinə vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- Koordinasiya işlərinin aparılması;
- Müştərilərin idarə edilməsi;
- Bankın kiçik və orta sahibkarlıq subyektlərinə təqdim edilən məhsulların izah edilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Ali iqtisadi təhsil;
- Sahə üzrə minimum 1iliş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.
Bu iş sizə nələri qazandıracaq:
- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Yanvar2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər vəvəzifə adının “(Xaçmaz)Kiçik və orta sahibkarlarla xidmət üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az