Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 738 774,29 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 855,49 min dollar və ya 0,3% azdır.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin on bir ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 21 855,10 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 242 279,66 min dollar və ya 12,1 dəfə azdır.
İdxalın həcmi isə 716 919,19 min dollara bərabər olub. Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 240 424,17 min dollar və ya 50,5% artıb.
APA