Dövlət büdcəsində artıqlıq daha da artıb | Banco.az

Dövlət büdcəsində artıqlıq daha da artıb

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2019-cu ilin yanvar-noyabr  aylarında dövlət büdcəsinə  21 milyard 132,2 milyon manat vəsait daxil olmuş, büdcədən 20 milyard 175,3 milyon manat vəsait xərclənmişdir.

Büdcənin icrasında 956,9 milyon manatlıq profisit yaranıb.

2019-cu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 19 milyard 273,9 milyon manat vəsait daxil olmuş, büdcədən 18 milyard 433,6 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 840,3 milyon manatlıq profisit (artıqlıq) yaranmışdı. Noyabrda artıqlıq 116,6 milyon manat artıb.

marja