Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 10 ayı ərzində Azərbaycandan 15 milyard 981 milyon dollarlıq məhsullar, o cümlədən 1 milyard 573 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilib.
Azərbaycan əhalisinin 10 milyon nəfər olduğunu nəzərə alsaq, 10 ayda adambaşına təxminən 1598 dollarlıq məhsullar, o cümlədən təxminən 157 dollarlıq qeyri-neft məhsulları ixrac edilib.
2019-cu ilin 10 ayı ərzində Azərbaycana 11 milyard 455 milyon dollarlıq məhsullar (adambaşına təxminən 1150 dollar) idxal edilib.
Qeyd edək ki, yüksək ixraca nail olmuş ölkələrdə adambaşına düşən ixracın məbləği 10 min dollardan çoxdur.
marja