"Azərbaycan Hava Yolları" (AZAL) aviabiletlərə endirim kampaniyası elan edir.
Aviabiletlər 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:
Bakı-Antalya-Bakı - 169 avro
Bakı-İstanbul-Bakı - 179 avro
Bakı-Ankara-Bakı - 189 avro
Bakı-Almatı-Bakı - 189 avro
Bakı-Tel-Əviv-Bakı - 229 avro
Bakı-Berlin-Bakı - 269 avro
Bakı-Paris-Bakı - 299 avro, yanvarın 29-dək reyslər
Bakı-Milan-Bakı - 289 avro
Bakı-London-Bakı - 389 avro
Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.
Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir. Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, uçuşlar 2020-ci il 15 yanvar - 29 fevral tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Aviabiletləri "www.azal.az" saytı, AZAL-ın kassaları və şirkətin rəsmi agentliklərindən əldə etmək olar.