“App Annie” şirkətinin ekspertləri son 10 ilin ən məşhur mobil tətbiqlərinin adlarını açıqlayıblar.
Reytinq siyahısında Feysbuk, Feysbuk Messenger, WhatsApp və İnstaqram mobil tətbiqləri liderlik edir.
Həmçinin, ilk onluqda Skype, TikTok, UC Browser, YouTube, Tviter tətbiqləri yer alıb.
Şirkət rəsmiləri 10 ilin ən çox yüklənən mobil oyun tətbiqlərinin adlarını da ictimaiyyətə təqdim ediblər. Siyahıda ardıcıl olaraq Subway Surfers, Candy Crush, Saga, Temple Run 2, My Talking Tom, Clash of Clans və digərləri yer alır.
Ted.az