Bu şəxslərin əməkhaqqı son 4 ildə 4,5 dəfə ARTIB | Banco.az

Bu şəxslərin əməkhaqqı son 4 ildə 4,5 dəfə ARTIB

“Bu gün dəmir yolunda orta sürət 55 km/saat üzərindədir. Yeni qatarlar alınıb və artıq onların sayı 9-a çatıb”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov YAP-da keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Bakıdan Lənkərana qədər olan hissədə torpaq alınması prosesi artıq başa çatıb: “Bundan əlavə, İmişli və Balakən yollarında yenilənmə işləri aparılacaq”.

C. Qurbanovun sözlərin görə, işçilərin əmək haqqında 2015-ci ildən 95% artım var: “2015-ci ilə qədər dəmir yollarında orta əməkhaqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir. Ancaq bu son deyil. Dəmir yolunda yeni kadrlara üstünlük verilir, hər bir sahədə islahatlar aparılır”.

APA