Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üzrə müəyyən edilmiş müddət daha bir il artırılıb.
Bu gün Prezidentin imzaladığı Fərman ilə, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcəkdir. Qeyd edək ki, "İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" fərmanda, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilməsi nəzərdə tutulmuşdu.
Faiz subsidiyası – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və İpoteka və Kredit Zəmanət Fondunun zəmanət verdiyi kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaitidir.
FONDUN KAPİTALI KƏSKİN ARTIRILIB
Həmçinin bu gün Prezidentin imzaladığı fərman ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib. Dəyişikliyə görə, Fondun nizamnamə kapitalı 637 milyon manat müəyyən edilib. 31 Sentyabr 2019-cu il tarixində Fond 566 milyon manat nizamnamə kapitalına malik olub. Beləliklə, nizamnamə kapitalı əlavə 71 milyon manat da artırılacaqdır. Ötən ilin sonunda Fond 466 milyon manat nizamnamə kapitalına malik idi.
marja