Xırdalan üçün pul ayrıldı - SƏRƏNCAM | Banco.az

Xırdalan üçün pul ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında"  Sərəncam imzalayıb.

Sərəncam ilə, Xırdalan şəhərində ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin əsaslı təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Prezidentin 27 Noyabr 2019-cu il tarixli sərəncamı ilə, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et