NASA kosmik oteli istifadəyə verdi | Banco.az

NASA kosmik oteli istifadəyə verdi

ABŞ kosmik agentliyi kosmosda NASA cihazlarına qayğı göstərərək robotlar üçün yaxşı şərait yaradıb.   

NASA kosmosdakı robotlar üçün ilk oteli istifadəyə verib.

Otel Beynəlxalq Kosmik Stansiyanın xaricində yerləşir. Onun ilk sakinləri bölmələrin hermetizasiyasına cavabdeh olan iki lokator robot (RELL) olacaq. Robotlar üçün yaranan bu otel insanlar üçün nəzərdə tutulan otellərdən tamamən fərqlidir, o, daha çox cihazlar üçün əlverişli şəraiti yaradan böyük bir bloka bənzəyir.

Ən sərfəli kredit üçün müraciət et

“Otel hər bir robotu radiasiya və kosmosda hərəkət edən steroidlərdən qoruyur. Blokun istilik sistemi cihazlar üçün ideal temperaturu saxlayır və funksionallığını təmin edir”, - deyə kosmootel qurğuların meneceri Mark Neyman qeyd edib.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et