“Avalon-12”yə 3 milyon manatlıq sifariş | Banco.az

“Avalon-12”yə 3 milyon manatlıq sifariş

Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzi tikiləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Avalon-12” MMC ilə müqavilə imzalayıb.

Məbləği 2 milyon 980 min manat olan müqavilə Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınmasını nəzərdə tutur.

2012-ci ildə dövlət qeydiyyatına alınmış və 2010 manat nizamnamə kapitalı olan “Avalon-12” MMC-nin qanuni təmsilçisi Mirzəyev Fariz Dədəş oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov, ev 100-dür. 

Bu ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi işlərini də “Avalon-12” MMC-yə həvalə edib. Bağlanmış müqavilənin məbləği 20 milyon 610 min manatdır.

marja