SOCAR-a yeni vitse-prezident təyin edildi | Banco.az

SOCAR-a yeni vitse-prezident təyin edildi

“Azneft” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Məlumata görə, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

D.İskəndərov göstərilən böyük etimada görə, Prezidentə dərin minnətdarlığını bildirib.

Modern.az