Azərbaycan studiyası qlobal bazar üçün 2 oyun hazırlayır | Banco.az

Azərbaycan studiyası qlobal bazar üçün 2 oyun hazırlayır

2019-cu ilin aprel ayında 2 dostun təşəbbüsü ilə qurulmuş, hazırda 20 nəfərlik komandadan ibarət olan  Azərbaycanın “Bad button studio" oyun studiyası qlobal bazar üçün “King and Kingdoms” və “Upman” adlı oyunlar üzərində çalışır.  

“Bad Button studio”nun əsas məqsədi Azərbaycanı oyun sektorunda dünya bazarına çıxartmaqdır. 

Studiyanın əsas layihəsi olan “King and Kingdoms”da Səfəvi, Osmanlı, Roma və onlarla bu kimi böyük imperiyalar yer alacaq. Strategiya oyun həvəskarları üçün maraqlı və bir o qədər də rəqabətcil olan “King and Kingdoms” oyunu bu sektorda qarşısında çox ciddi hədəflər qoyub. Oyun gələn ilin ortlarında tamamlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Artıq “Bad Button Studio” “Facebook” və “İnstagram” kimi sosial şəbəkələrdə öz auditoriyasını cəlb etməyi bacarıb.

Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et