Asiya İnkişaf Bankının (AİB) İdarə Heyəti Masatsuku Asakavanı yekdilliklə bankın yeni prezidenti seçib.
61 yaşlı M. Asakava hazırda Yaponiyanın Baş və Maliyyə nazirlərinin xüsusi məsləhətçisi vəzifəsində çalışır. O, AİB-in prezident öhdəliklərini 17 yanvar 2020-ci ildə qəbul edəcək. M. Asakavanı bu postda Takehiko Nakaonu əvəz edəcək.
Təxminən 40 illik karyerası boyunca M. Asakava Yaponiya Maliyyə Nazirliyində bir sıra rəhbər vəzifələrdə, o cümlədən beynəlxalq maliyyə işləri üzrə nazir müavini vəzifələrində çalışıb və inkişaf siyasətində, valyuta bazarlarında və beynəlxalq vergi siyasətində müxtəlif peşəkar təcrübə qazanıb.
marja