Bu ilin oktyabr ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74 bənd təşkil edib.
Bu, sentyabr ayının yekunu ilə müqayisədə eynidir, amma ilin əvvəli ilə müqayisədə 1,4 bənd, ötən ilin oktyabr ayının yekununa nisbətən isə 0,9 bənd çoxdur.
Bu il noyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 99,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd az, illik müqayisədə isə 0,3 bənd çoxdur.
Report.az