Gömrük Komitəsi lizinq əməliyyatının - ƏDV-DƏN AZAD OLMA ŞƏRTİNİ AÇIQLADI | Banco.az

Gömrük Komitəsi lizinq əməliyyatının - ƏDV-DƏN AZAD OLMA ŞƏRTİNİ AÇIQLADI

Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə lizinq müqavilələri əsasında gətirilən avadanlıq və malların ƏDV-yə cəlb edilməsi ilə bağlı bəzi yerli şirkətlər tərəfindən səsləndirilən ittihamlara cavab verib. Komitənin sədri Səfər Mehdiyev bu barədə olan suala cavab olaraq bildirib ki, lizinq əməliyyatlarında 3 tərəfli kontraktın olması şərtdir.

Bəzi şirkətlər bildirib ki, lizinq əməliyyatları ƏDV-dən azad olunmasına baxmayaraq Dövlət Gömrük Komitəsi həsmin əməliyyatla ölkəyə gətiridən avadanlıqlardan ƏDV tələb edir.

Səfər Mehdiyev bildirib ki, lizinq əməliyyatlarında 3 tərəfli kontraktın olması şərtdir və bu məsələ ilə bağlı tələblər Mülki Məcəllədə öz əksini tapıb: «3 tərəfli kontrak olmadan hər kəs kontraktını bağlarkən ofşor vasitəsi ilə ödəniş həyata keçirər lizinq kontraktı kimi təqdim edə bilər. Və hamı gömrük vergisindən yayına bilər».

Ən sərfəli kredit üçün müraciət et

Komitə sədri deyib ki, təsdiq edici sənədlər verilərsə, 3 tərəfli kontrakt varsa və lizinq müqaviləsi ilə məşğul olan şirkətin nizamnamə kapitalı 10 manat deyilsə heç bir problem ola bilməz. Başqa sözlə, S.Mehdiyevin sözlərinə görə, lizinq əməliyyatı aparan şirkətin nizamnamə kapitalı da müəyyən tələblərə cavab verməlidir: «Lizinq əməliyyatı edən şirkətin, lizinqin həcmi qədər və ya ondan 10 dəfə artıq nizamnamə kapitalı olmalıdır ki, həmin şirkət dövlət qarşısında bu riskləri qarşılamalıdır. Biz bunları araşdırırıq və bunlar yoxdursa bu hallara göz yuma bilmərik» – deyə Səfər Mehdiyev bildirib.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et