Avtomobil sığortasında artım davam edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avtomobil sığortasında artım davam edir

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

2019-cu ilin yanvar-oktyabr dövründə (10 ayda) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 28 milyon 967 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 734 manat və ya 24,6% çoxdur. 2019-ci ilin yanvar-oktyabr dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 23 milyon 233 min manat sığorta haqları hesablanmışdı.

ÖDƏNİŞLƏR DƏ ARTIB

2018-ci ilin 10 ayı ilə müqayisədə 2019-cu ilin 10 ayında könüllü avtomobil sığortası üzrə ödənişlər 2 milyon 850 min manat və ya 37,2% çox olub. 2018-ci ilin 10 ayında 7 milyon 667 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 10 milyon 517 min manat təşkil edib.

marja