Bu qulaqlıqlar satışa gələn kimi bitir | Banco.az

Bu qulaqlıqlar satışa gələn kimi bitir

İstehsalçılar tam güclərilə işləsələr də, istehlak tələbatını təmin edə bilmirlər

Bloomberg-in məlumatına görə, Apple AirPods simsiz qulaqlıqlarının satış həcmi bu il iki dəfə artacaq. Güclü satış artımı yeni AirPods Pro modelinə Apple tərəfindən gözləniləndən daha yüksək tələbat ilə izah olunur.

249 dollar dəyəri olan və istifadəçilərə aktiv səs-küy azaldılması sistemi təklif edən Apple AirPods Pro-ya olan tələbat istehsalçının bütün gözləntilərini aşıb. Vəziyyətlə yaxşı tanış olan mənbə bildirir ki, Apple-ın qulaqcıqların istehsalı ilə məşğul olan tərəfdaşları hazırda sadəcə tam güclərilə işləyərək istehlak tələbatını təmin edə bilmirlər.

Orijinal Apple AirPods qulaqlıqları 2016-cı ilin sonunda debüt edib, bu ilin mart ayında şirkətin yenilənmiş modeli təqdim olunub, bir neçə həftə əvvəl isə yeni funksionallıqla bahalaşan Pro-versiyası gəlib.

AirPods xətti öz qiymətinə baxmayaraq, tam simsiz qulaqlıqlar bazarında lider olaraq qalır.

İlin yekununa görə, bütün Apple AirPods modellərinin tədarükü 60 milyon dəst təşkil etməlidir.

Ted.az