Biznes və İT analitika şöbəsinin mütəxəssisi
Kapital Bank namizədləri Biznes Proseslər departamentinin Biznes və İT analitika şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bankın yeni və mövcud biznes proseslərinin təhlili, blok-sxeminin hazırlanması;
• Bankın struktur bölmələrindən daxil olan müraciətlərin analitikasının aparılması;
• Texniki tapşırıqların yazılması;;
• Bankın proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi
• Layihələrdə biznes və ya İT analitik qismində iştirak etmək və s.
Tələblər:
• Bank sektorunda iş təcrübəsi;
• Bank qanunvericiliyi barədə biliklər;
• Analitik düşünmə və yüksək analiz qabiliyyəti;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Fərdi və komanda ilə işləmək qabiliyyəti;
• Biznes proseslərin təhlil olunması;
• Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi.
Arzuolunan bilik və bacarıqlar
• Bank biznes proseslər sahəsində iş təcrübəsi;
• İT analitika istiqamətində biliklər;
• Layihələrdə iştirak/
CV-lərinizi, mövzu hissəsində “Biznes Proseslər departamentinin Biznes və İT analitika şöbəsinin mütəxəssisi qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.