Gürcüstan Azərbaycandan malların alışını azaldıb | Banco.az

Gürcüstan Azərbaycandan malların alışını azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 427 milyon 466,1 min dollar dəyərində məhsul idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana idxalında 5,8% azalma qeydə alınıb.

Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı 5,8% təşkil edib.

Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Azərbaycan ixracı 4% faiz artıb.

Bu ilin 10 ayı ərzində Gürcüstan Azərbaycana 400 mln. 350,7 min dollar dəyərində məhsul ixrac edib.İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 4,1% artıb.

Yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstanın ümumi ixracında 13,2% paya sahib olub. Azərbaycan Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Report.az