"Ticarət razılaşması yeni ildən əvvəl imzalana bilər" | Banco.az

"Ticarət razılaşması yeni ildən əvvəl imzalana bilər"

Fond idarə edilməsi üzrə məşhir şirkət "Pacific İnvestment Management"in (Pimco) idarəçilərindən John Studzinskiyə görə, birinci mərhələ ticarət razılaşması bu il yeni ildən əvvəl imzalana bilər.

Ötən günlərdə Vaşinqton və Pekinin bir çox mövzuda razılaşmadan uzaq olduqları bildirilən xəbərlərin ardından "atəşkəs" olacağına dair optimizm azalmışdı.

Çin hökumətindəki mənbələr, Çin tərəfi üçün Trampın gömrük tariflərini ləğv etməmək rəftarının problem yaratdığını qeyd etmişdilər.

John Studzinski, ABŞ-Çin ticarət əlaqələrinin son dövrki vəziyyətinə dair "İki tərəfin məhdud bir müqavilə bağlaya biləcəyini düşünürəm" deyib. 

Studzinski, "ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışı, texnologiya transferi və əlavə gömrük tarifləri kimi mövzuların hələ masada olduğu açıqdır, lakin görünüşcə bir şeylər həll edilməyə çalışılır. Yeni ildən əvvəl razılaşma imzalana bilər" deyib.

Studzinski,  "Məncə Tramp bunu əhəmiyyətli görür. Çin və Amerika arasındakı geniş əlaqə və ticarət dialoqunda bir növ sabitlik görmək istəyən Amerikanın şirkət rəhbərlərindən daha çox dəstək alır" deyib.

marja