Rusiya Dövlət Dumasının qəbul etdiyi qanuna görə, bundan sonra ölkədə istifadə olunan bütün smartfonlar, kompüterlər və "ağıllı televizorlar" yerli proqramlarla təchiz olunmalıdır, əks təqdirdə onların istifadəsi qadağan ediləcək.
Bununla belə, qanunun qüvvəyə minməsi üçün Rusiyanın Federasiya Şurası və prezident Vladimir Putin onu təsdiqləməlidir.
Xatırladaq ki, Rusiyada satılan xarici telefonlarda yerli axtarış və mesajlaşma tətbiqlərinin yüklənməsi bir müddət əvvəl də müzakirə olunub. Yerli texnologiya şirkətləri təşəbbüsü dəstəkləsə də, "Apple", "Samsung" və "Huawei" təşəbbüsün əleyhinə çıxıb.
Report.az