Tacikistan iqtisadiyyatı 7,2% artıb | Banco.az

Tacikistan iqtisadiyyatı 7,2% artıb

Tacikistanın ümumi daxili məhsulu (ÜDM) cari ilin doqquz ayında 7,2% artıb.

Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyindən verilən məlumata görə, ilin yanvar-sentyabr dövründə ölkədə ÜDM keçən ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 52,3 milyard 878 milyon somoniyə (5 milyard 123,8 milyon dollar) çatıb.

Məlumata görə, ölkədə bu dövrdə sənaye istehsalı 3,3%, bitkiçilik 7,1%, heyvandarlıq 7,1%, xidmətlər sektoru isə 3,1% artıb.

Rəsmi məlumatlara görə, keçən il Tacikistanın ÜDM-i 7,3% artaraq 68,8 milyard somoni (7,2 milyard dollar) təşkil etmişdi. 

Bu il ölkə ÜDM-nin 78,2 milyard somoniyə (8,2 milyard dollar) çatacağı nəzərdə tutulur.

Marja