01.11.2019-cu il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyət istiqamətləri üzrə göstəriciləri açıqlanıb.
01.11.2019-cu il tarixinədək 1 milyard 344 milyon 686 min manat məbləğində 27113 ipoteka krediti verilib.
01.10.2019-cu il tarixinə İKZF tərəfindən verilən ipoteka kreditlərinin sayı 26999, cəmi məbləği 1 milyard 335 milyon 831 min manat təşkil etmişdi. Beləliklə noyabrda 114 ipoteka krediti verilib.
Cari ilin 10 ayı (01.01.2019-01.11.2019) ərzində isə 127 milyon 458 min manat məbləğində 1884 ipoteka krediti verilib.
Cari ilin 10 ayı ərzində İKZF zəmanət verilmiş kreditlərin məbləği 29 milyon 330 min manat, 01.11.2019-cu il tarixinək zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 46 milyon 859 min manat təşkil edib. 01.10.2019-cu il tarixinə İKZF tərəfindən zəmanət və subsidiya verilmiş kreditlərin məbləği isə 41 milyon 759 min manata çatmışdı.
01.11.2019-cu il tarixinə İpoteka və Kredit Zəmanət Fondunun dövriyyədə ümumi məbləği 707 milyon 672 min manat təşkil edən istiqrazları olub.
marja