Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kredit kalkulyatorunu istifadəyə verməyi planlaşdırır.
AKİA bu kalkulyatorun hazırlanmasına dair açıq tender elan edib.
Tenderdə iştirak haqqı 200 manat təşkil edir.
Şirkətlərdən tender təklifləri 2019-cu il 29 noyabr saat 18:00-dək qəbul olunur.
Tender proseduru dekabrın 2-də baş tutacaq.