"Facebook" III rübdə gəlirlərini 29% artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Facebook" III rübdə gəlirlərini 29% artırıb

Bu ilin III rübündə "facebook" sosial şəbəkəsi 17,7 milyard ABŞ dolları gəlir əldə edib. 

Bu, ötən ilin eyni dövrünə nisbətən 29% çox, ekspertlərin proqnozlarından isə təxminən 2% çoxdur. 

Rüb ərzində "Facebook"un xalis mənfəəti isə illik müqayisədə 19,6% artaraq 6,1 milyard dollara çatıb. 

Maliyyə göstəriciləri açıqlandıqdan sonra sosial şəbəkəsinin səhmlərini 3%-ə yaxın dəyər qazanıb. 

Qeyd edək ki, hazırda "Facebook"da 2,45 milyard insan istifadə edir. Bu, illik müqayisədə 8% çoxdur. 

Report.az