ABŞ-ın "Boeing"in şirkətinin Baş direktoru Dennis Muilenburg, İndoneziya və Efiopiyada düşən iki 737 Max təyyarəsinin istehsalında səhv etdiklərini qəbul edərək üzr istəyib.
ABŞ Senatının Ticarət Komitəsində, İndoneziya və Efiopiyadakı qəzalarda 346 adamın ölümünə səbəb olan 737 Max təyyarələri haqqında ifadə verən Muilenburg, senatorların suallarını cavablandırıb.
Muilenburg, təyyarə qəzalarında ölənlərin ailələrindən üzr istəyərək ''Səhvlər etdik, bəzi şeyləri səhv etdik. Kədərliyik, həqiqətən çox kədərliyik. Bir yoldaş, bir ata olaraq itkinlərinizdən dərin kədər hissi keçirirəm'' deyib.
Hər iki qəzadan da dərs çıxardıqlarını, problemləri müəyyən etdiklərini və aradan qaldırmaq üçün çalışdıqlarını söyləyən Muilenburg, istefa verməyi düşünmədiyini, əlindəki işə fokuslandığını söyləyib.
Muilenburga çətin suallar verən senatorlar isə mülki və hərbi təyyarə istehsalçısı olan "Boeing"i, qazanc əldə etmək üçün təhlükəsizliyi ikinci plana atmaqla günahlandırıblar.
Senator Demokrat Richard Blumenthal "Boeing"in problemlərin fərqində olmasına baxmayaraq ''qəsdli bir şəkildə gizlətməyi'' seçdiyini qeyd edərək, şirkəti ''uçan tabut'' istehsal etməkdə günahlandırdı.
Senator Respublikaçı Roger Wicker isə ''Hər iki təyyarə qəzasının qarşısı alına bilərdi'',- deyib.
Marja