"Standard Chartered"in vergiyəqədərki mənfəəti proqnozdan çox olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Standard Chartered"in vergiyəqədərki mənfəəti proqnozdan çox olub

Bu ilin III rübündə Böyük Britaniyanın "Standard Chartered" bankının vergiyəqədərki mənfəəti 1,1 milyard ABŞ dolları təşkil edib. 

Bu, bankın proqnozundan 100 milyon dollar çoxdur. 

Analitiklər isə sözügedən göstəricinin 1,06-1,24 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırırdı. 

Rüb ərzində "Standard Chartered" proqnozundan 170 milyon dollar çox - 3,98 milyard dollar əməliyyat mənfəəti əldə edib. Bankın əməliyyat xərcləri isə 2,5 milyard dollar təşkil edib.

Report.az